Aralıq dənizi

coğ. Méditerranée f

Aralıq
aralıqçılıq
OBASTAN VİKİ
Aralıq dənizi
Aralıq dənizi — şərqdən Asiya, şimaldan Avropa, cənubdan Afrika qitəsi ilə əhatə olunmuş dəniz. Aralıq dənizi qərbdən Cəbəllüttariq boğazı və Atlantik okeanı ilə, cənub-şərqdən isə Misirdəki Süveyş kanalı və Qırmızı dənizlə birləşir. Aralıq dənizi təxminən 4 milyon km²-lik bir ərazini əhatə edir. Keçmişdəki böyük antik sivilizasiyalar onun hövzəsində formalaşmışdır. == Etimologiya == Türk dilində — Akdeniz; İngilis dilində — Mediterranean Sea. Bu da Latın dilindəki Mediterraneustan (Medi: orta + terra: torpaq, yer) mənasına gəlir. Yunan dilində — Mesogeios. Ərəb dilində — qarşılığı البحر المتوسط (Bahre-l Mutavassit) "ortada olan dəniz" mənasındadır. Fars dilində — Aralıq dənizi üçün istifadə edilən " دریای مدیترانه" ('Daryay-e Meditarane) yazilib və işlədilir. Romalılarda — Mare Nostrum deyirlər ki, bu da Bizim Dəniz mənasına gəlir.
Aralıq dənizi Dialoqu
Aralıq dənizi Dialoqu — ilk dəfə 1994-cü ildə yaradılmış NATO və Aralıq dənizi hövzəsinin yeddi ölkəsi arasında əməkdaşlıq forumu. Onun məqsədi "bütün regionda yaxşı münasibətlər və daha yaxşı qarşılıqlı anlaşma və etimad yaratmaq, regional təhlükəsizlik və sabitliyi təşviq etmək və NATO-nun siyasət və məqsədlərini aydınlaşdırmaqdır". Dialoq NATO-nun Avropada təhlükəsizliyin Aralıq dənizində təhlükəsizlik və sabitliklə əlaqəli olduğuna dair fikirlərini əks etdirir. Bu, həmçinin Avropa–Aralıq dənizi Tərəfdaşlığını və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Aralıq dənizi Təşəbbüsünü gücləndirir və tamamlayır. == Üzvlər == Aralıq dənizi Dialoqu əvvəlcə beş ölkə ilə fəaliyyətə başlamış, lakin zaman keçdikcə daha iki ölkə əlavə edilmişdir Misir (1995-ci ilin fevralında qoşulmuşdur) Əlcəzair (2000-ci ilin martında qoşulmuşdur) İsrail (1995-ci ilin fevralında qoşulmuşdur) İordaniya (1995-ci ilin noyabrında qoşulmuşdur) Mavritaniya (1995-ci ilin fevralında qoşulmuşdur) Mərakeş (1995-ci ilin fevralında qoşulmuşdur) Tunis (1995-ci ilin fevralında qoşulmuşdur) === Liviya === 2012-ci il Çikaqo Sammitində NATO dövlət başçıları bəyanat yayaraq, Aralıq dənizi dialoqu vasitəsilə Liviyanın NATO tərəfdaşı kimi "xoş gəldin" olduğunu qeyd etdilər. Liviya hələ ki, cavab verməyib. == Fərdi Əməkdaşlıq Proqramı == 16 oktyabr 2006-cı ildə NATO və İsrail Aralıq dənizi dialoqu çərçivəsində ilk Fərdi Əməkdaşlıq Proqramını (ICP) yekunlaşdırdılar və burada İsrail NATO-nun Aktiv Dəniz Əməliyyatına töhfə verəcək. ICP terrorizmlə mübarizə və Aralıq dənizində birgə hərbi təlimlər kimi ümumi maraq doğuran bir çox sahələri əhatə edir. Misir (2007) və İordaniya (2009) ilə daha çox ICP sazişi imzalanıb və NATO gələcəkdə əlavə Aralıq dənizi Dialoquna üzv dövlətlərlə əlavə sazişlərin imzalanacağını gözləyir.
Aralıq dənizi Oyunları
Aralıq dənizi Oyunları (ing. Mediterranean Games) və ya Aralıq dənizi hövzəsi ölkələrinin olimpiadası — adından da məlum olduğu kimi Aralıq dənizi hövzəsi ölkələrinin idmançılarının bir çox idman növündə yarışdığı çox idman növlü tədbir. Aralıq dənizi Oyunları ilk dəfə 1948 Yay Olimpiya Oyunları zamanı Beynəlxalq Olimpiya Komitəsinin o zamankı prezidenti Məhəmməd Tahir Paşanın təklifi ilə müzakirəyə qoyulmuşdur. Aralıq dənizinin hövzəsində yerləşən ölkələr bu təkliflə razılaşdığından Beynəlxalq Aralıq dənizi Oyunları Komitəsi yaradıldı. Mərkəzi Afinada yerləşdirilən bu komitə oyunları dörd ildən bir Aralıq dənizi ölkələrinin həvəskar idmançıları ilə Aralıq dənizi hövzəsində yerləşən şəhərdə keçirməyi qərara aldı. Nəhayət, 1951-ci ildə 5–20 oktyabr tarixlərində Misirin İsgəndəriyyə şəhərində ilk oyunlar təşkil edildi. == Ölkələr == Aralıq Dənizi Oyunlarına hal-hazırda 24 ölkə qatılır: Afrika: Əlcəzair, Mərakeş, Misir, Liviya, Tunis Asiya: Türkiyə Avropa: Andorra, Albaniya, Bosniya və Herseqovina, Fransa, Xorvatiya, İspaniya, İtaliya, Kipr Respublikası, Livan, Makedoniya, Malta, Monako, Monteneqro, San Marino, Serbiya, Sloveniya, Suriya, Yunanıstan == Turnirin arxivi == == Ümumi medal sıralaması (1951–2013) == *1997 və 2001-ci illərdə Yuqoslaviya, 2005-ci ildə isə Serbiya və Monteneqro adı altında iştirak etmişdir.
Aralıq dənizi adaları
Aralıq dənizi adaların siyahısı:
Aralıq dənizi bölgəsi
Aralıq dənizi regionu (türk. Akdeniz Bölgesi) – Türkiyənin yeddi coğrafi regionundan biri. Anadolunun cənubunda Aralıq Dənizi sahili boyu uzanır. Eni 120–180 km arasında dəyişir. Qərb və şimal qərbində Egey Dənizi Bölgəsi, şimalında Daxili Anadolu Bölgəsi, şərqində Cənub-şərqi Anadolu Bölgəsi, cənubunda isə Aralıq Dənizi yerləşir. Cənub-şərqdən Suriya ilə qonşudur. Türkiyənin başqa bölgələrində olduğu kimi Aralıq Dənizi Bölgəsində də region sərhədləri ilə idarəetmə orqanları olan rayonların sərhədləri tamam olaraq üst-üstə düşmür. == Ümumi məlumat == === Ənlər === Karstik Ərazinin ən yaygın olduğu bölgə. Gölün ən çox olduğu bölgə. Bananın yetişdirildiyi tək bölgə.
Aralıq dənizi hövzəsi
Aralıq dənizi hövzəsi — tarixi bölgə, Aralıq dənizində. Sahil ərazilərinin zəbtindən sonra onun sahillərində yaranmış ən qədim sivilizasiyalar (Qədim Misir, Finikiya, Egey mədəniyyəti, Qədim Yunanıstan və s.) arasında Aralıq dənizi boyu sıx qarşılıqlı əlaqə, müharibələr, ticarət və mədəni nailiyyətlərin mübadiləsi aparılmışdır. Roma İmperiyası tərəfindən bütün Aralıq dənizi, Qədim sülhün ən inkişaf etmiş bölgəsinə çevrildi. == Coğrafiyası == Aralıq dənizi iki (üç) qitənin kənarlarını (ölkələrini) - Avrasiya (Avropa və Asiya) və Afrikanı, həmçinin çoxsaylı adaları və arxipelaqları birləşdirir: Siciliya, Sardiniya, Kipr, Krit, Balear adaları və bir çox başqaları. Aralıq dənizi bölgəsinin sahəsi 4 milyon km²-dən çox, Yaxın Asiya yüksək dağları ilə — 5 milyon km²-dən çoxdur. == İqlimi == Aralıq dənizi iqlimi yağışlı qışlar və isti və quraq yaylarla üstünlük təşkil edir. Məxmər mövsümü avqustdan oktyabr ayına qədər gəlir. Əksər Aralıq dənizi ölkələrində insanların gözlənilən ömür uzunluğu planet üzrə orta göstəricidən xeyli yüksəkdir (qadınlar üçün təxminən 85 il, kişilər üçün təxminən 83 il). Bir çox elm adamları uzunömürlülüyün sirrini region sakinlərinin ənənəvi olaraq qırmızı şərab (İslam ölkələri istisna olmaqla), zeytun yağı, digər zeytun məhsulları, təzə göyərti və meyvələrdən (ərik, üzüm, portağal, naringi, şaftalı, tut), dəniz məhsulları, keçi südü. == Etnoqrafiyası == Aralıq dənizi regionunda hind-avropa, semit-hamit, türk və başqa xalqlar yaşayır.
Aralıq dənizi iqlimi
Aralıq dəniz iqlimi — subtropik qurşaqda yerləşib ilboyu rütubətliyin qeyri barəbər olmasilə (əsasən qış yağıntısı) səciyyələnir. Bitki örtüyü həmişəyaşıl meşələr və kserofit kolluqlardan ibarətdir Bu iqlim tipi Aralıq dənizi sahili ölkələrdə, Kaliforniya yarımadası ətrafında, Avstraliyanın cənub və qərb hissələrində və Cənubi Amerikada Çili sahillərində yayılmışdır. Belə ki, materiklərin qərb sahillərində 30–35 dərəcəlik enliklər arasında formalaşır. == Coğrafiyası == Bu iqlim tipi Aralıq dənizi sahili ərazilərdə formalaşdığı üçün bu adı almışdır. Cənubi Avropa ölkələrindən Portuqaliya, İspaniya, İtaliya, Yunanıstan, Albaniya Makedoniya, Xorvatiya, Bolqarıstanın cənub hissəsi, Mərkəzi Avropa ölkələrindən Fransa, Asiya ölkələrindən Türkiyə, Kipr, Suriya, Livan, İsrail, Afrika ölkələrindən isə Misir, Tunis, Əlcəzair, Liviyada yayılmışdır. Həmçinin deyə bilərik ki, Qara dəniz sahili ölkərin də bəzilərində bu iqlim tipi formalaşır. Belə ki, şimaldan gələn soyuq küləklərdən dağlar vasitəsiylə mühafizə olunan Qara dəniz sahillərində də Aralıq dənizi iqlim tipinə rast gəlinir. Alisovun iqlim bölgüsünə əsasən deyə bilərik ki, Aralıq dəniz iqlim tipinin rütubətli növü də mövcuddur ki, o dağlıq ərazilər üçün xarakterikdir. Belə ki, keçmiş Yuqaslaviyanın Adriatik dənizi sahillərində, həmçinin Gürcüstan ərazisində Batumi bölgəsində müşahidə edilir. Belə ki, isti və quru yay (orta maksimal temperatur 30 °C, yağıntı isə 34 mm fevral dekabr ayında), qış isə sərin (orta maksimal temperatur 18 °C, avqust iyun ayında yağıntı 450 mm).
Aralıq dənizi irqi
Aralıq dənizi irqi — ağ irqə daxil olan; çox geniş bir sahəni əhatə edən, amma tipik olanları İber yarımadasında, Qərb Aralıq dənizi adalarıyla Cənubi Fransa və İtaliyada, Cənub-Şərqi Balkanlarda görülən; tünd qəhvəyi, yatık-dalğalı saç, tünd qəhvəyi göz, əsmər dəri, qısa boy, narın quruluş , uzun baş, incə və uzun üz, dolğun dodaq və incə burun kimi xüsusiyyətlərlə sıralanan irq. Ümumiyyətlə əsmər yada tünd əsmər dərili, saçlar qara və dalğalı, gözlər tünd rəngli, burunlar incə və gine burunlarının kürəklərinə düz yada kəmərli, üz uzun və baş isə dolikosefal yada mezosefaldir. Ataları ön Akdenizlilerdir. Bundan 11 min il əvvəl İsraildə Natufiyen epipaleolitik (ən köhnə daş dövrü) dövrü yəni daşı daşı yonub şekillendirebiliyor. Narin quruluşlu Aralıq dənizi irqinin təməl kəllə xüsusiyyətləri; yüksək kəllə və gövdə qalınlığı daha kiçik, qol və qıç sümükləri isə daha incədir. İlk dəfə olaraq Aralıq dənizi irqinin fiziki və sosial təsviri 1851-ci ildə şotland alimi Vilyam Rhind tərəfindən verilmişdir. Vilyam Rhind 15-ci bölmədə Qafqaz irqini və onun keçid irqlərini aşağıdakı təsvirlərində vermişdir. Onun fikrincə, bu irq yaxşı formalaşmış baş, arxadan önə doğru uzanmış və mülayim genişlikdə oval sifət, xüsusiyyətləri yaxşı nəzərə çarpan və zərif formalaşan, qaraşın sifət rəngi, tünd qəhvəyi və ya qara gözlər, erkən bozlaşan qara saçlar, orta ölçüdə formalaşan yaraşıqlı əllər və ayaqlarla xarakterizə olunmuşdur. Onlar Avropanın cənubi və qapalı hissəsində məskunlaşmışdırlar. Vilyam Z. Ripleyə görə, Aralıq dənizi irqinə mənsub olan əhalinin irqi xüsusiyyətləri bunlardan ibarətdir.
Aralıq dənizi mətbəxi
Aralıq dənizi mətbəxi — Alimlərin ortaq fikrinə görə, Aralıq dənizi mətbəxi və pəhrizi uzun yaşamağın stimuludur. Məşhur mətbəxlərdən biri, öz yeməkləri ilə fərqlənir. Dünyanın ən yaxşı mətbəxlərindən biri kimi sayılır. Hər regionunda fərqli yeməklər bişirilir. == Haqqında == Aralıq dənizi regionun mətbəxi öz təzəliyi, yüngüllüyü və incə ətiri ilə adamı valeh edir. Deyirlər ki, bu, varlıların dünyasına yol tapmış kasıbların qidasıdır. === “Heyrətləndirici xəbər” === Seynt-Etyen Universitetin alimləri miokard infarktından əziyyət çəkən 600 pasientdən ibarət olan qrup üzərində tədqiqat aparıblar. Pasientlər iki qrupa bölündülər. Birinci qrup az kalorili pəhrizi, ikinci isə zeytun yağı, makaron, təzə meyvə və tərəvəzlər, paxlalar, az miqdarda qırmızı ət, daha çox miqdarda ev quşların əti, balıq, və yemək zamanı qırmızı şərabın istifadə olunması prinsiplərə əsaslanan Aralıq dənizi reqionunun pəhrizini tutmalı idir. Tədqiqatın nəticələri heyrətləndirici oldu.
Aralıq dənizi qızılquşu
Bığlı qızılquş (lat. Falco biarmicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Göyərçindən iridir. Başının üstü kürəndir. “Bığları” zəifdir. Bel tərəfi qonur, qarın tərəfi isə ağımtıldır və üzərində naxışlar uzanır. Quyruğu tünd bənövşəyi rənglidir və köndələn qonur zolaqlar var. == Yayılması == Afrikada, Aralıq dənizi ətrafında, Kiçik Asiyada, İraqda və Cənubi Qafqazda yayılıb. Azərbaycanda Qobustanda və Naxçıvan MR-də Şahbuz rayonu Dərəboğaz və Qızılqışlaq qayalığında nəsil verməsi göstərilib.
Aralıq dənizi regionu
Aralıq dənizi regionu (türk. Akdeniz Bölgesi) – Türkiyənin yeddi coğrafi regionundan biri. Anadolunun cənubunda Aralıq Dənizi sahili boyu uzanır. Eni 120–180 km arasında dəyişir. Qərb və şimal qərbində Egey Dənizi Bölgəsi, şimalında Daxili Anadolu Bölgəsi, şərqində Cənub-şərqi Anadolu Bölgəsi, cənubunda isə Aralıq Dənizi yerləşir. Cənub-şərqdən Suriya ilə qonşudur. Türkiyənin başqa bölgələrində olduğu kimi Aralıq Dənizi Bölgəsində də region sərhədləri ilə idarəetmə orqanları olan rayonların sərhədləri tamam olaraq üst-üstə düşmür. == Ümumi məlumat == === Ənlər === Karstik Ərazinin ən yaygın olduğu bölgə. Gölün ən çox olduğu bölgə. Bananın yetişdirildiyi tək bölgə.
Aralıq dənizi tısbağaları
Aralıq dənizi tısbağaları (lat. Testudo) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin tısbağalar dəstəsinin quru tısbağaları fəsiləsinə aid heyvan cinsi. Bu cinsə dörd nadir tısbağa növü daxildir ki, onlarında 35 sm uzunluğu vardır. Onlar əsasən Cənubi Avropa, Şimali Afrika, Qərbi Asiya ərazilərində yayılmışdır. == Növləri == Kənarlarıdişvari quru tısbağası (Testudo marginata) обитающий на Пелопоннесе подвид иногда рассматривают как отдельный вид Testudo weissingeri Aralıq dənizi tısbağası (Testudo graeca) bu növə 13 yarımnöv daxil edilir; bəzən isə Testudo graeca müstəqil növlər ayrıllır: Testudo zarudnyi, Testudo terrestris, Testudo perses, Testudo nabeulensis, Testudo buxtoni, Testudo floweri, Testudo antakyensis Balkan tısbağası (Testudo hermanni), bəzən növ başqa cinslərə aid edilir Eurotestudo, bura daxil yarımnövlər isə müstəqil növ hesab edilir Eurotestudo hermanni və Eurotestudo boettgeri Misir tısbağası (Testudo kleinmanni) şərq yarımnövü, Misir və İsraildə yayılmışdır. Bəzən ayrı növ hesab edilir Testudo werneri Ortaasiya tısbağası (Testudo horsfieldii), Qərb alimləri bu növü Testudo cinsinə daxildir.
Aralıq dənizi tısbağası
Aralıqdənizi tısbağası (lat. Testudo graeca) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin tısbağalar dəstəsinin quru tısbağaları fəsiləsinin aralıq dənizi tısbağaları cinsinə aid heyvan növü. == Qısa təsviri == Aralıqdənizi qurutısbağasının karapaksının uzunluğu orta hesabla 25 sm-ə çatır. Karapaks plastronla hərəkətsiz birləşmişdir. Ön pəncəsində 5 caynaq var. Çanağı hündür olub, arxa hissəsi dişlidir. Açıq zeytuni və ya sarımtıl — qonur rəngdə olan karapaksın üzərində qara xallar yerləşir. Ön və arxa ətrafların üzəri bir neçə sırada yerləşən kirəmitşəkilli buynuz qalxancıqlarla örtülmüşdür. Budun arxa tərəfində bir qərni qabarıq var. Müxtəlif yarımnövlərdə karapaksın uzunluğu: T. g.
Aralıq dənizi uzunüzgəci
Aralıq dənizi uzunüzgəci (lat. Dactylopterus volitans) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin i̇ynəbalığıkimilər dəstəsinin uzunüzgəclər fəsiləsinin uzunüzgəc cinsinə aid heyvan növü. == Sinonimləri == Callionymus pelagicus Rafinesque, 1818 Cephalacanthus spinarella (Linnaeus, 1758) Cephalacanthus volitans (Linnaeus, 1758) Dactilopterus volitans (Linnaeus, 1758) Dactylopterus blochii Swainson, 1839 Dactylopterus communis Owen, 1853 Dactylopterus fasciatus Swainson, 1839 Dactylopterus occidentalis Swainson, 1839 Dactylopterus spinarella (Linnaeus, 1758) Dactylopterus tentaculatus Swainson, 1839 Dactylopterus vulgaris Steindachner, 1867 Gasterosteus spinarella Linnaeus, 1758 Gonocephalus macrocephalus Gronow, 1854 Polynemus sexradiatus Mitchill, 1818 Trigla fasciata Bloch & Schneider, 1801 Trigla volitans Linnaeus, 1758 == Təsviri == Bədəninin uzunluğu adətən 38 sm (bəzən 50 sm-ə qədər), kütləsi 1 kq 810 q-a qədər olur. Yuxarı hissələri açıq qəhvəyi, aşağı hissələri gümüşü, bütün bədəni və üzgəclərində kiçik ağ xallar olur. İri döş üzgəcləri yelpikşəkillidir və ilk 6 şüası qısadır və ayrıca qanad əmələ gətirir. Kürək üzgəcində 7 iti uclu və 8 yumşaq, anal üzgəcində 6 yumşaq şüa var. Zəhərli deyil. == Areal == La Manş boğazından Anqolaya kimi Aralıq dənizi, Madeyra sahilləri və Azor adaları da daxil olmaqla Atlantik okeanının şərqində, Meksika körfəzidə daxil olmaqla Kanadadan Argentinaya kimi Atlantik okeanının qərbində tropik və subtropik zonalarında yayılıb. Dənizin dibində qumsal və lilli sahələrdə, bəzən isə 1 m-dən 100 m-ə qədər dərinlikdə sualtı qayalıqlarda yaşayır. Riflərdə rast gəlinir.
Aralıq dənizi zonası
Aralıq dəniz iqlimi — subtropik qurşaqda yerləşib ilboyu rütubətliyin qeyri barəbər olmasilə (əsasən qış yağıntısı) səciyyələnir. Bitki örtüyü həmişəyaşıl meşələr və kserofit kolluqlardan ibarətdir Bu iqlim tipi Aralıq dənizi sahili ölkələrdə, Kaliforniya yarımadası ətrafında, Avstraliyanın cənub və qərb hissələrində və Cənubi Amerikada Çili sahillərində yayılmışdır. Belə ki, materiklərin qərb sahillərində 30–35 dərəcəlik enliklər arasında formalaşır. == Coğrafiyası == Bu iqlim tipi Aralıq dənizi sahili ərazilərdə formalaşdığı üçün bu adı almışdır. Cənubi Avropa ölkələrindən Portuqaliya, İspaniya, İtaliya, Yunanıstan, Albaniya Makedoniya, Xorvatiya, Bolqarıstanın cənub hissəsi, Mərkəzi Avropa ölkələrindən Fransa, Asiya ölkələrindən Türkiyə, Kipr, Suriya, Livan, İsrail, Afrika ölkələrindən isə Misir, Tunis, Əlcəzair, Liviyada yayılmışdır. Həmçinin deyə bilərik ki, Qara dəniz sahili ölkərin də bəzilərində bu iqlim tipi formalaşır. Belə ki, şimaldan gələn soyuq küləklərdən dağlar vasitəsiylə mühafizə olunan Qara dəniz sahillərində də Aralıq dənizi iqlim tipinə rast gəlinir. Alisovun iqlim bölgüsünə əsasən deyə bilərik ki, Aralıq dəniz iqlim tipinin rütubətli növü də mövcuddur ki, o dağlıq ərazilər üçün xarakterikdir. Belə ki, keçmiş Yuqaslaviyanın Adriatik dənizi sahillərində, həmçinin Gürcüstan ərazisində Batumi bölgəsində müşahidə edilir. Belə ki, isti və quru yay (orta maksimal temperatur 30 °C, yağıntı isə 34 mm fevral dekabr ayında), qış isə sərin (orta maksimal temperatur 18 °C, avqust iyun ayında yağıntı 450 mm).
Şərqi Aralıq dənizi
Şərqi Aralıq dənizi — Aralıq dənizinin təxminən şərq yarısının və ya üçüncü hissəsi, adətən Livan dənizi ətrafındakı ölkələrin yerləşdiyi regiona verilən ad. Bu, adətən dənizin bütün sahilyanı zonalarını əhatə edir, dəniz və quru ilə əlaqəli icmalara istinad edir. Buraya Türkiyənin əsas hissəsini təşkil edən Anadolunun cənub yarısı, kiçik Hatay vilayəti, Kipr adası, Yunanıstanın Dodekanes adaları və Misir, İsrail, İordaniya, Fələstin, Suriya və Livan ölkələri daxildir.
Aralıq dənizi İttifaqı
Aralıq dənizi İttifaqı (ing. Union for the Mediterranean, fr. Union pour la Méditerranée, ərəb. الإتحاد من أجل المتوسط‎ Əl-İttihad min əcl əl-Mütəvəssat) — Avropa və Aralıq dənizi hövzəsində 43 üzv dövlətin yaratdığı hökumətlərarası təşkilatdır. Üzv dövlətlərə 27 Aİ üzv ölkəsi və Şimali Afrika, Ön Asiya və Cənubi Avropadan 16 Aralıq dənizi ölkəsi daxildir. Təşkilat 13 iyul 2008-ci ildə Aralıq dənizi üçün Paris sammitində qurulmuşdur. Baş katibliyi İspaniyanın Kataloniya əyalətinin Barselona şəhərində yerləşir.
1983 Aralıq dənizi Oyunları
1983 Aralıq dənizi Oyunları — 1983-cü ilin 3–17 sentyabr tarixləri arasında Mərakeşin Kasablanka şəhərində keçirilmiş doqquzuncu Aralıq dənizi Oyunları. Bu oyunlarda 16 ölkədən 2180 atlet iştirak etmişdir.
1987 Aralıq dənizi Oyunları
1987 Aralıq dənizi Oyunları — 1987-ci ilin 11–25 sentyabr tarixləri arasında Suriyanın Latakiya şəhərində keçirilmiş doqquzuncu Aralıq dənizi Oyunları. Bu oyunlarda 18 ölkədən 2180 atlet iştirak etmişdir.
1991 Aralıq dənizi Oyunları
1991 Aralıq dənizi Oyunları — 1991-ci ilin 28 iyun – 12 iyul tarixləri arasında Yunanıstanın Afina şəhərində keçirilmiş on birinci Aralıq dənizi Oyunları. Bu oyunlarda 18 ölkədən 2762 atlet iştirak etmişdir.
1993 Aralıq dənizi Oyunları
1993 Aralıq dənizi Oyunları — 1993-cü ilin 16–27 iyun tarixləri arasında Fransanın Langedok-Russilyon regionunda keçirilmiş on ikinci Aralıq dənizi Oyunları. Bu oyunlarda 20 ölkədən 2598 atlet iştirak etmişdir.
1997 Aralıq dənizi Oyunları
1997 Aralıq dənizi Oyunları — 1997-ci ilin 13–25 iyun tarixləri arasında İtaliyanın Bari şəhərində keçirilmiş on üçüncü Aralıq dənizi Oyunları. Bu oyunlar İtaliyada 1963-cü ildən sonra ikinci dəfə keçirilmişdir. Bu oyunlarda 21 ölkədən 2999 atlet iştirak etmişdir.
2001 Aralıq dənizi Oyunları
2001 Aralıq dənizi Oyunları — 2001-ci ilin 2–15 sentyabr tarixləri arasında Tunisin eyniadlı şəhərində keçirilmiş on dördüncü Aralıq dənizi Oyunları. Bu oyunlarda 23 ölkədən 3041 atlet iştirak etmişdir. Bu oyunlar Tunisdə, həm də eyni şəhərdə 1967-ci ildən sonra ikinci dəfə keçirilmişdir. Beləliklə də Tunis şəhəri Aralıq dənizi Oyunlarına iki dəfə ev sahibliyi etmiş ilk və hələlik yeganə şəhər tituluna sahib olmuşdur.
2005 Aralıq dənizi Oyunları
2005 Aralıq dənizi Oyunları — 2005-ci ilin 24 iyun – 3 iyul tarixləri arasında İspaniyanın Almeriya şəhərində keçirilmiş on beşinci Aralıq dənizi Oyunları. Bu oyunlar İspaniyada 1955-ci ildən sonra ikinci dəfə keçirilmişdir. Bu oyunlarda 21 ölkədən 3214 atlet iştirak etmişdir.
2009 Aralıq dənizi Oyunları
2009 Aralıq dənizi Oyunları — 2009-cu ilin 25 iyun – 5 iyul tarixləri arasında İtaliyanın Peskara şəhərində keçirilmiş on altıncı Aralıq dənizi Oyunları. Bu oyunlar İtaliyada 1963 və 1997-ci ildən sonra üçüncü dəfə keçirilmişdir. Bu oyunlarda 23 ölkədən 3368 atlet iştirak etmişdir.